İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 20 915 nəfərə çatıb, 55 minə yaxın insan isə yaralanıb.
«AzPolitika.info» TASS-a istinadla xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudranın "Facebook"da paylaşdığı bəyanatında deyilir: "İsrailin 7 oktyabrdan bəri təcavüzü nəticəsində ölənlərin sayı 20 915 nəfərə çatıb, 54 918 nəfər yaralanıb".
Onun sözlərinə görə, təkcə son 24 saat ərzində “İsrail işğalçı qüvvələri bütöv ailələr də daxil olmaqla, 18 qətliam törədib” və nəticədə 241 nəfər həlak olub.
Rüfət
AzPolitika.info


Şərhlər
Soyqırım gören yehudi İsrail dövleti soyqırım
töredir.Cocuq ve qadın qatillerini yaxşı tanıyın,ey Azerbaycan xalqı.