Litva Prezidenti Gitanas Nauseda hesab edir ki, Rusiya Federasiyası NATO-ya hücum edə bilər.
“AzPolitika.info” xəbər verir ki, “TV-3”-ə müsahibə verən Prezidentin fikrincə, Ukrayna duruş gətirməsə, Rusiyanın NATO ölkələrinə hücumu reallığa çevriləcək.
Onun sözlərinə görə, Ukraynada uğur qazansa, Rusiya 5 ildən sonra Alyans ölkələri üçün təhlükə yaradacaq: "Rusiyanın davranışının nə vaxt dəyişə biləcəyi və nəzərlərini NATO-ya nə vaxt çevirəcəyi sualına heç kimin qəti cavabı yoxdur. Bu, əsasən, Ukraynadakı müharibənin ssenarisindən asılı olacaq".
Eyni zamanda o, Kremlin Ukraynada məqsədinə çatmayacağı halda, başqa cəbhələrdə mübarizə apara bilməyəcəyinə işarə edib. Bundan əlavə, siyasətçi qeyd edib ki, Qərb Ukraynadan üz döndərsəydi, Rusiyanın NATO-ya hücumu tezliklə baş verə bilərdi. Bununla yanaşı, Prezident hesab edir ki, Qərbin köməyi və Ukraynanın dirənişi sayəsində Rusiyanın NATO ölkələrinə hücumu ehtimalı xeyli aşağı düşür.
“AzPolitika.info”


Şərhlər