İsrail müharibəni davam etdirir və Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir.
“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
"Qəzza zolağının cənubunda və digər yerlərdə hərbi əməliyyatları genişləndirərək müharibəni davam etdiririk. Biz HƏMAS terrorçularına deyirik: sizi görürük və sizə çatacağıq", - Baş nazirin Ofisi onun bəyanatını yayıb.
“Döyüşçülərimiz (Qəzza zolağında) yerin səthində, bəzən yerin altında döyüşür və bizim göydə də gözlərimiz var”, - Nazirlər Kabinetinin rəhbəri davam edib.
"Ən qabaqcıl texnologiyalardan istifadə də daxil olmaqla, sona qədər mübarizə aparırıq", - Netanyahu vurğulayıb.


Şərhlər
Bir dənə düz əməlli əməliyyat görüntünüz yoxdur rüsvayçılıqdan başqa murdar yəhudi ! Həmas isə hər gün yeni videolar paylaşıb sizə necə qan uddurduğunu nümayiş eləyir.