Müharibədə barışıq əldə etmək üçün, Ukraynanın bəzi ərazilərindən “müvəqqəti olaraq” imtina etməsi məqsədəuyğun olardı.
"AzPolitika.info" "Spiegel" nəşrinə istinadla xəbər verir ki, bunu Almaniyanın Saksoniya federal torpağının baş naziri Mixael Kretşmer deyib. “Ola bilsin ki, atəşkəs əldə olunarsa, Ukrayna əvvəlcə müəyyən ərazilərin müvəqqəti olaraq əlçatmaz olduğunu etiraf etməli olacaq”, o deyib.
“Ukrayna ərazisinin bir kvadrat metri belə Rusiya torpağı olmadı... Amma digər böyük müharibələrdə olduğu kimi, yekun qərarın vaxtı çatıb”, - Kretşmer əlavə edib.
O, bir daha Almaniya hökumətinin “Ukraynanı təkcə silahla təmin etməməli, həm də diplomatik təşəbbüslərə əl atmalı” və müttəfiqlərin “Putinə təsir göstərməyə və atəşkəsi mümkün etməyə” çalışmalı olduğu fikrini ifadə edib.
Bundan əlavə, o, Almaniyanın Rusiya ilə bağlı siyasətində dönüşün zəruri olduğunu bildirib. "Rusiya bizim qonşumuzdur. Təhlükəli, gözlənilməz qonşudur. Rusiyanı bir daha bizə təhlükə yaratmaması üçün siyasi və iqtisadi cəhətdən zəiflətmək ideyası 19-cu əsrdən yaranmış bir münasibətdir. Bu yanaşma gələcək münaqişələr üçün təməl qoyur" - deyə Kretşmer qeyd edib.
Rüfət
AzPolitika.info


Şərhlər