Azərbaycanla sərhədin delimitasiyası prosesinin proqnozlaşdırıla bilən olması son dərəcə vacibdir.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan iranlı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Mirzoyanın sözlərinə görə, delimitasiya prosesinin proqnozlaşdırıla bilən olması və onun əsaslarının sülh müqaviləsində təsbit edilməsi erməni tərəfi üçün son dərəcə vacibdir. Nazir qeyd edib ki, sülh müqaviləsinin yekun mətni hələ yoxdur. Lakin onun dediyinə görə hazırda həmin müqaviləyə delimitasiyanın prinsiplərinin daxil edilməsinin mümkünlüyü məsələsi müzakirə edilir.
Azərbaycan rəhbərliyinin Ermənistanın təklif etdiyi üç prinsipə münasibəti məsələsindən danışan nazir qeyd edib ki, formal baxımdan bunun sırf İrəvanın təklifi olduğunu söyləmək çox da doğru deyil və bu prinsipləri Aİ Prezidenti Şarl Mişel hələ iyuldakı görüşdən sonra bəyan etmişdi.
“AzPolitika.info”


Şərhlər