Menu

"Türkiyə böyük bir comərdlik göstərdi" - Papa Fransisk

29.11.2014, 10:19
"Türkiyə böyük bir comərdlik göstərdi" - Papa Fransisk

Türkiyə Suriya məsələsində böyük bir comərdlik göstərdi.

SalamNews-un “Anadolu” agentliyinə isitnadla verdiyi xəbərə görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan ilə görüdən sonra mətbuata açıqlama verən Katolik aləminin ruhani lideri və Vatikan Dövlət Başçısı Papa Fransisk bəyan edib.

Təbii gözəlliklər və tarixi baxımdan zəngin antik mədəniyyətlərin izləriylə dolu iki qitə və fərqli mədəniyyətlər arasında körpü vəzifəsini yerinə yetirən Türkiyəni ziyarət etməkdən xoşbəxtlik duyduğunu ifadə edən Papa, müqəddəs Pavelin burada doğulduğunu, müxtəlif xristian icmalarının burada qurulduğunu, bu torpaqların ilk yeddi kilsə şurasına ev sahibliyi etdiyini bildirib.

Açıqlamasında Suriyada baş verən hadisələrə də toxunan Papa Türkiyənin böyük bir comərdlik göstərərək çox sayda immiqrantı qəbul etdiyini və sərhədlərində meydana gələn bu dramatik vəziyyətdən birbaşa təsirləndiyini xatırladıb:

“Beynəlxalq ictimaiyyət bu emiqrantlara kömək etməsi əxlaqi bir məsələdir bu məcburidir. Lazım olan humanitar yardım göstərilməlidir, həmçinin bu faciəni ortaya çıxaran səbəbləri də aradan qaldırmaq lazımdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol