Menu

Türkiyədə MİT və polis FETÖ-yə qarşı əməliyyat keçirib

28.12.2023, 11:31
Türkiyədə MİT və polis FETÖ-yə qarşı əməliyyat keçirib

Türkiyə Kəşfiyyat İdarəsi (MİT) və Polis Əlcəzairdə “Silahlı Terror Təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olan iki terrorçunun tutulması üçün birgə əməliyyat təşkil edib.

Əməliyyatda yaxalanan Mustafa Tan və Mustafa Bircan əməliyyatlardan sonra Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinə təhvil verilib.

FETÖ üzvlərinin sözügedən terror təşkilatının Əlcəzair strukturunda olduqları, ABŞ-dəki təşkilat rəhbərləri ilə əlaqə saxlayaraq Əlcəzairdə təşkilati fəaliyyətlər təşkil etdikləri, təşkilata maliyyə dəstəyi verdiyi bildirilib. (Mənbə: hurriyet)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol