Menu

Azərbaycan gələn il 3 ölkədə səfirlik təsis edəcək

28.12.2023, 17:28
Azərbaycan gələn il 3 ölkədə səfirlik təsis edəcək

Azərbaycan gələn il üç ölkədə səfirlik təsis edəcək.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

O, Tailandda səfirliyin təsis olunması və fəaliyyətə başlamasının gözlənildiyini deyib.

“Eyni zamanda, Oman sultanlığında və Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyət başlayacaq”, - nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol