Oktyabrın 7-dən işğalçı İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində azı 21 320 nəfər həlak olub.
«AzPolitika.info» saytı xəbər verir ki, bu barədə Qətərin “Al-Jazeera” telekanalı məlumat yayıb.
Telekanal həmçinin qeyd edir ki, İsrailin Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 20 dinc insan həlak olub, onlarla insan itkin düşüb.
O da bildirilir ki, döyüş əməliyyatları zamanı yaralananların sayı artıq 55,6 mini keçib.
Rüfət
AzPolitika.info


Şərhlər