Menu

İranda 4 nəfər İsraillə əməkdaşlıq ittihamı ilə edam edilib

29.12.2023, 12:38
İranda 4 nəfər İsraillə əməkdaşlıq ittihamı ilə edam edilib

İranda 4 nəfər İsraillə əməkdaşlıq ittihamı ilə edam edilib.

APA yerli “Islamic Republic News Agency” (IRNA) xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin ədliyyə orqanlarının bəyanatında deyilir.

Bəyanata əsasən, İranın Urmiya şəhərində İsrail xarici kəşfiyyat xidmətlərinə casusluq ittihamı ilə 4 nəfər edam edilib.

Xatırladaq ki, ötən ilin noyabr ayında Qərbi Azərbaycan əyalətinin baş hakimi İsraillə əlaqəsi olan və əsas fəaliyyətləri İsrailə qarşı mübarizədə fəaliyyət göstərən İranın kəşfiyyat qüvvələrini müəyyən etmək olan 10 agentin həbs edildiyini açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol