Menu

Pakistan Qəzza ilə həmrəy olaraq Yeni il şənliklərini qadağan edib

29.12.2023, 15:38
Pakistan Qəzza ilə həmrəy olaraq Yeni il şənliklərini qadağan edib

Pakistan hökuməti Qəzzada fələstinlilərlə həmrəylik məqsədilə Yeni il şənliklərini qadağan edib, hökumət insanları bunun əvəzinə sadəliyə riayət etməyə çağırıb.

Baş nazir Ənvar-ul-Haq Kakar televiziya ilə xalqa müraciətində Qəzza zolağındakı vəziyyətə görə hökumətin Yeni ilin qeyd olunması ilə bağlı hər cür tədbiri tamamilə qadağan etdiyini deyib: “Bütün Pakistan xalqı və müsəlman ümməti Qəzzada və İordan çayının qərb sahilində məzlum fələstinlilərin soyqırımı, xüsusilə də günahsız uşaqların qətliamından dərin kədərlənir”.

Pakistanda Yeni il gecəsi adətən atəşfəşanlıq, havadan atəş səsləri və 1 yanvar dövlət tətili ilə qeyd olunur.

Bu arada Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyi Qəzzadakı müharibə ilə əlaqədar Yeni il gecəsi atəşfəşanlığı qadağan edib. Şarja polisi “Facebook” sosial şəbəkədəki paylaşımında bildirib ki, qadağa “Qəzza zolağındakı qardaşlarımızla həmrəyliyin və humanitar əməkdaşlığın səmimi ifadəsidir”.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol