Türkiyə istehsalı olan “ANKA-3” PUA-sı ilk sınaq uçuşunu həyata keçirib.
“AzPolitika.info” xəbər verir ki, “Bloomberg”-in bununla bağlı yaydığı məlumatda “ANKA-3”-ün Türkiyə dövlətinə məxsus TAI şirkəti tərəfindən hazırlandığı bildirilir. Xəbərdə qeyd olunur ki, yeni PUA Ukraynanın İvçenko-Progress şirkətinin mühərriki ilə təchiz edilib.
Debüt uçuşu bir saatdan çox davam edib və bu müddət ərzində dron 2,4 kilometr yüksəkliyə qalxıb. Bu PUA müşahidə və döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. O, demək olar ki, 12 kilometrə qədər yüksəklikdə uça və 1200 kiloqrama qədər faydalı yük daşıyaraq 10 saata qədər havada qala biləcək.
Onu da qeyd edək ki, Türkiyə istehsalı olan “Kaan” qırıcısının debüt uçuşu yanvar ayına planlaşdırılıb.
“AzPolitika.info”


Şərhlər