Menu

Rusiya Xarkov SBU-nun binasını vurub?

31.12.2023, 14:49
Rusiya Xarkov SBU-nun binasını vurub?

“Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərliyi, xarici muzdlular və “Kraken” millətçi birləşməsinin yaraqlıları Xarkova yüksək dəqiqlikli raket hücumları nəticəsində məhv edilib”. 

«AzPolitika.info» TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayətindəki binasına və “Sağ sektor” millətçi birləşməsinin (Rusiyada qadağan olunub – TASS qeydi) müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqlikli raket zərbələri nəticəsində SBU heyətinin nümayəndələri, xarici muzdlular və hərbi qulluqçular məhv edilib. Rusiya ərazisində bilavasitə təxribat hazırlayan “Kraken” bölməsinin yaraqlıları”, - deyə nazirlik bildirib.

Daha sonra yayılan məlumatda deyilir: “Rusiya qoşunları Ukrayna ilə həmsərhəd Rusiya ərazisinə reydlərdə iştirak etməli olan 200-ə qədər əcnəbi muzdlunun yerləşdiyi keçmiş “Xarkov Palace” otel kompleksinə dəqiq zərbə endirib”, - Rusiya Müdafiə Nazirliyi qeyd edib. 

Rusiya MN-in bu iddiasını təsdiq edən sübutlar yoxdur. Ukrayna tərəfi Rusiyanın mülki obyektlərə zərbə endirdiyini bildirir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol