Menu

Tərtərdə 15 yaşlı yeniyetmə gənc oğlanı bıçaqlayıb

01.01.2024, 01:46
Tərtərdə 15 yaşlı yeniyetmə gənc oğlanı bıçaqlayıb

Tərtərdə bıçaqlanma zamanı bir nəfər ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, yanvar ayının 1-də saat 1 radələrində Tərtər rayonu ərazisində rayon sakini, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü Fuad Quliyev saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol