“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı yanvarın 1-də həbsdən azad edilib.
"Modern.az" xəbər verir ki, R.Muradlının 30 sutkalıq inzibati qaydada həbs müddəti başa çatdığından o sərbəst buraxılıb.
Xatırladaq ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilmişdi.
Xətai Raon Məhkəməsinin 2 dekabr 2023-cü il tarixli qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilmişdi.



Şərhlər
İnsanları sındırmaq ,hakimiyyətin dövlətə olan inamı itirmək kimi faciyə vətandaşın son çarəsi ( dövlət ya hökumət ,ya ölkə ) seçin
Zalım adını üstündən götürmək ücün ilk addım olsa 2024 il tarixi bir qədər fərqli düşə bilər. Ümid edək ki, Belə də olacaq. Gözləyirik. Siyasi məhbusları azad et!!!