Menu

İsrail Ali Məhkəməsi narazılıq doğuran qanunu ləğv edib

02.01.2024, 12:12
İsrail Ali Məhkəməsi narazılıq doğuran qanunu ləğv edib

İsrailin Ali Məhkəməsi Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində qəbul etdiyi ilk qanunun ləğvi barədə qərar verib.

APA-nın məlumatına görə, bu qanun Ali Məhkəmənin Nazirlər Kabinetinin qərarlarına baxmaq səlahiyyətlərini məhdudlaşdırır. O, ötən ilin yayında ölkənin Knesseti (parlamenti) tərəfindən təsdiqlənib.

İsrail Ali Məhkəməsinin kollegiyasında olan 15 hakimdən 8-i qərarı dəstəkləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol