Həsən Bayramov,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Surası və Elm komissiyasının üzvü, pedaqoji elmlər doktoru, professor
Cənab Prezidentin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qabağı xalqa müraciətinin əsas tezisləri bunlar idi:
- Bu il dövlət süverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası ili kimi yadda qaldı.
- Ermənistan son üç ildə siyasi-tarixi reallıqları nəinki dəyərləndirə bulmədi, əksinə ölkəmizə qarşı ənənəvi təxribatlar siyasətinə üstünlük verdi və birgünlük antiterror əməliyyatı ilə dəmir yumruğun zərbəsini yenidən “daddı”, şəhidlərimizin qanı yerdə qalmadı.
- Cənab Prezidentin “heç bir ittihamı, heç bir təzyiqi qəbul etmirik, çünki biz haqq yoldayıq, heç kimə də imkan vermərik ki, bizim torpağımızda bir daha at oynatsın” fikri 2024-cü ilin qayəsinə çevrilmişdir.
- Yeni ildən Xocalı və Xankəndi sakinlərinin yurd-yuvalarına dönəcəyini elan edən ölkə başçısı, həm də Qarabağ və Şərqi Zəngəzurun quruculuq-abadlıq işlərinin bütün sürəti ilə davam edəcəyini qeyd etməklə, bu ərazilərin tam məskunlaşma prosesinin əzəmətini bir daha bəyan etdi.
- Bizə qarşı xroniki hala çevrilən ikili standartlar qarşısında həm iqtisadi müstəqilliyimizi, həm modern ordu quruculuğunu, həm hərbi təyinatlı istehsala sürət vermək niyyətimizi, həm də yaşıl enerji sektorunda ciddi gücə çevrilməmizlə bağlı mesajlar.
- Gələn il ölkəmizdə keçiriləcək COP29 toplantısı, eləcə də bu il 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verməklə, nəhayət, 2024-cü ilin Yaşıl enerji ili elan edilməsi ilə ölkəmiz özünün inkişaf etmiş ölkələr kateqoriyasına daxil olma niyyətini bütün ciddiyyəti ilə elan etmiş oldu.
Bütün bunlar 2023-cü ilin ”HEYDƏR ƏLİYEV İLİ” elan edilməsiylə bir çox regional və beynəlxalq silsilə tədbirlərin keçirilməsiylə zinətləndirildi.
İlin ən böyük hadisəsi isə Xankəndində və ətraf qəsəbələrdə dövlət bayrağımızın dalğalanması, ZƏFƏR paradının keçirilməsi oldu!
Bütün bunlar xalq-ordu-dövlət birliyinin təcəssümü olmaqla, həm də Dünya Azərbaycanlılarımızın böyük dəstəyinin nəticəsi, onlarla aparılan dövlət siyasətinin təntənəsi idi.
Yeni ili yeni hədəflərə doğru!


Şərhlər