Menu

Özünü yandıran vəkilin atası danışdı - VİDEO

02.01.2024, 20:50
Özünü yandıran vəkilin atası danışdı - VİDEO

Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun atası İsa Məmmədov Baku TV-yə danışıb.

O qeyd edib ki, oğlunun intiharına səbəb müstəntiqə verdiyi pulu geri ala bilməməsi olub:“İşi düzəltmək üçün müstəntiqə 10 min manat pul verib. Pulu verən adam şikayət edib, Zaur da gedib müstəntiqdən pulu istəyib, amma ala bilməyib. Ona görə də özünə qəsd edib”.

Mərhumun atasının sözlərinə görə, oğlu problemi olduğunu ailəsindən gizlədirmiş:

“Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur”.

Ətraflı videonu təqdim edirik:

Şərhlər

Dövlətini sevən 2024-01-02 21:04:44

Sual doğur :- Nə üçün başqa xidmət sahəsində problemi olduğu halda, özünü Vəkillər Kollegiyasının binasının yanında özünə qəsd edib ? Hüquq mühafizə orqanları tərəfindən dəqiqliklə Vəkillər Kollegiyasının işini araşdırmalıdır !

ƏDALƏT 2024-01-02 21:01:37

Cəzasizıiq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol