Menu

Ərdoğandan Papaya "Fateh sürprizi" - Foto

29.11.2014, 12:44
Ərdoğandan Papaya "Fateh sürprizi" - Foto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə Fransiskoya Fatih Sultan Mehmetin xristianlarla bağlı fərmanının sürətini bağışlayıb.

Hafta.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti R.T.Ərdoğanın Roma Papasına bağışladığı hədiyyə Fransiskonun başını aşağı salmağa sövq edib. Osmanlı sultanının məlum yarlığında “Bosniya katoliklərinin dini rituallarının sərbəst icra etməsi üçün azadlıq verdiyi” bildirilir.

Verilən məlumata görə, Papa bu hədiyyəni utancaqlıqla qəbul edib və başını aşağı salıb. Papa isə “ev sahibi” Ərdoğana “Angela qalasından görüntü” adlı tablo bağışlayıb. Politoloqlar isə Ərdoğanın bu addımını diplomatik jest kimi qiymətləndirib. Ekspertlərin fikrinə görə, Ərdoğanın bu addımı Osmanlı dövlətinin də zamanında ən tolerant müsəlman ölkəsi olduğunu Roma Papasına xatırlatmaq olub.

Xatırladaq ki, Roma Papası Fransiskonun Türkiyəyə səfəri noyabrın 27-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol