Menu

Fransadakı soydaşlarımız Evian-lö Bən şəhər meriyasına etiraz ediblər

03.01.2024, 20:13
Fransadakı soydaşlarımız Evian-lö Bən şəhər meriyasına etiraz ediblər

Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Parkı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib.

“Report” xəbər verir ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurası adından ölkənin Xarici İşlər Nazirliyinə, parlamentinə, Evian-Lö Bən şəhər meriyasına ünvanlanan bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Evian-lö Bən şəhəri arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib. Nəzərə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə “Azərbaycan Parkı” açılıb və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğunu, İsmayıllı şəhərinin heç bir vaxt iki ölkə arasında mübahisə obyekti olmadığını xatırladan Koordinasiya Şurası qeyd edib ki, meriyanın qərarı Ümumi İcma Məcəlləsinə ziddir.

Şərhlər

Oxucu. 2024-01-04 19:30:37

Bu ermənilər üçün ölümdən betərdir,ona görədə bütün varlığları ilə fransız bacıların əli ilə Qarabağ Xanın Qızının heykəlinə əl uzadırlar,rəhmətlik B.Vahabzadə demişkən adı sahibini demirmi aşkar,burdada Xan Qızının varlığı Avropanın mərkəzində Qarabağın kimə məxsus olduğunu tam və məntiqli bildirilir,bir sözlə dava yorğan davasıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol