Menu

Müsavatdan narazılar bu gün fraksiya yarada bilər

29.11.2014, 12:55
Müsavatdan narazılar bu gün fraksiya yarada bilər

Bu gün saat 17.00-da Müsavat partiyasının narazılarından ibarət İşçi Qrupunun növbəti iclası keçiriləcək.

Bu barədə aznews.az-a Müsavat partiyasının üzvü Tural Abbaslı məlumat verib.

Onun sözlərinə görə, narazıların qaldırdığı bütün məsələlər iclasda müzakirə olunacaq: “İşçi Qrupu fraksiyanın yaradılması üçün formalaşıb. Son 3 günü götürsək, partiya daxilində nisbi sakitlik hökm sürüb. Ən azından kimisə tənqidinə və əks mövqedə olduğuna görə partiyadan xaric etməyiblər və ya cəzalandırmayıblar. Bu, artıq müsbət haldır. Buna baxmayaraq, partiya daxili problemlərin də həll olunduğunu demək düzgün olmazdı. Biz narazılar paralel olaraq fraksiya quruculuğu istiqamətindəki işimizi davam etdiririk”.

T.Abbaslı əlavə edib ki, İşçi Qrupunun iclasında Müsavat partiyasının dekabrın 10-na təyin edilən mitinqi də müzakirə olunacaq: “Mən öz adımdan deyə bilərım ki, bu müzakirədən asılı olmayaraq, mitinqdə iştirak edəcəyəm. Əminəm ki, bu mitinqdə hər kəs iştirak etməlidir”.

Qeyd edək ki, Tural Abbaslı Müsavat partiyasının başqanı Arif Hacılı ilə görüşündən sonra aparılan müzakirələrin partiya daxili məsələlərə müsbət təsiri olacağını və bunun üçün 2-3 gün gözləməyin tərəfdarı olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol