Menu

Rusiyanın daha bir "Su-34" qırıcısı məhv edilib - Ukrayna kəşfiyyatı məlumat yaydı

04.01.2024, 21:49
Rusiyanın daha bir "Su-34" qırıcısı məhv edilib - Ukrayna kəşfiyyatı məlumat yaydı

Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın "Su-34" qırıcısının Çelyabinsk yaxınlığındakı aerodromda yandığı barədə məlumat yayıb.

"AzPolitika.info" Qərb mediasına istinadən verdiyi məlumata görə, qırıcı yanvarın 4-nə keçən gecə “Şaqol” hərbi aerodromunda yanıb. 

Ukrayna kəşfiyyatı təyyarənin yandığını göstərən videonu da yayıb. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, qırıcı Rusiya Aerokosmik Qüvvələrinin 21-ci qarışıq hava diviziyasının aviasiya alayının tərkibində olub.

Bundan əvvəl Ukrayna mətbuatı mənbələrə istinadən yazmışdı ki, "Su-34" Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində alovlanıb.

Rusiya tərəfi bu məlumatı şərh etməyib.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol