Menu

Avtomobil qəzasında həlak olan hərbçi Xaçmazda dəfn olunub

05.01.2024, 13:09
Avtomobil qəzasında həlak olan hərbçi Xaçmazda dəfn olunub

Azərbaycan Ordusunun Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundov yanvarın 5-də Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında dəfn olunub.

"Report"un Şimal bürosu xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Axundovun tabutuna sarılmış Azərbaycan bayrağı hərbçinin atasına təqdim olunub.

Qeyd edək ki, S.Axundov 2004-cü ildə Sayad kəndində anadan olub. Ailənin ikinci övladı olub. Hərbi xidmətini bitirməyinə 3 ay qalmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol