Menu

"Qırmızı dənizdəki vəziyyət ABŞ-nin enerji qiymətlərinə təsir etmir" - Yellen

05.01.2024, 23:25
"Qırmızı dənizdəki vəziyyət ABŞ-nin enerji qiymətlərinə təsir etmir" - Yellen

Ticarət gəmilərinə hücumların tez-tez baş verdiyi Qırmızı dənizdəki durum ABŞ-də enerji qiymətlərinin artmasına səbəb olmur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen bildirib.

“Biz vəziyyəti çox diqqətlə izləyirik, ancaq yetərincə zəngin neft ehtiyatlarımız var və biz heç bir effekt görmürük. Enerji qiymətləri sabitdir”, – o deyib.

Yellenin sözlərinə görə, Qırmızı dənizdəki vəziyyət Asiya və Avropa arasında malların daşınmasına təsir edir, ancaq ABŞ-yə “əhəmiyyətli təsir” göstərmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol