Menu

"Kamikadzelərdən biri Tacikistan vətəndaşıdır" - ETTELAAT

06.01.2024, 00:24
"Kamikadzelərdən biri Tacikistan vətəndaşıdır" - ETTELAAT

İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) Kerman şəhərində törədilən terror aktı ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, qurum kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğunu bildirib. İkinci terrorçunun şəxsiyyəti araşdırılır.

Qeyd edilib ki, partlayışları törətməkdə şübhəli bilinən 11 nəfər həbs edilib. Digərlərinin şəxsiyyətlərinin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol