Menu

"Vəzifəyə seçilərəmsə, ABŞ-ni NATO-dan çıxaracam" - Prezidentliyə respublikaçı namizəd

06.01.2024, 14:30
"Vəzifəyə seçilərəmsə, ABŞ-ni NATO-dan çıxaracam" - Prezidentliyə respublikaçı namizəd

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami ölkənin NATO-dan çıxmasını istəyir.

“Report” xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri yazıb. Bildirilib ki, o, bu barədə fikrini açıq ifadə edib. V. Ramasvami prezident seçiləndən sonra onun ölkəsini Alyansdan çıxarması da gözlənilir.

Qeyd olunub ki, prezidentliyə namizəd NATO-nun Soyuq müharibədən sonrakı genişlənmə cəhdinin Rusiya ilə böyük münaqişə riskinin əsassız olaraq artırdığını düşünür. Onun fikrincə, BMT-dən çıxmağın da vaxtı çatıb.

Nəşr qeyd edir ki, ABŞ-ın NATO-dan çıxması son onilliklərin ən böyük transatlantik böhranının başlanğıcı ola bilər.

Qeyd edək ki, bundan əvvəl keçmiş prezident Donald Tramp da ABŞ-nin NATO-dan çıxmaq vaxtının çatdığını söyləmişdi.

Şərhlər

Hindistana 2024-01-07 00:16:10

Hansisa hindistanin çollerinden ayaqlarin qaçib gelen bir uşaq Amerikaya agıl verir

Azər 2024-01-06 22:03:39

Bu inəyə itaət edən çirkli indus, prezident olsa, deyəsən abş-ı abş-dan da çıxaracaq…

Eldeniz 2024-01-06 19:30:13

Ingiltereye sekin getmesin seni secmeyecekler beyem ABS NATO cetiri altinda dunyani isgal elemir dunyani

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol