Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mart ayında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər üçün başda İstanbul olmaq üzrə 11-i böyük şəhər bələdiyyəsi olmaqla 26 bələdiyyə başqanlığına namizədin adları açıqlanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən Ədalət və İnkişaf Partiyası (AK Partiya) namizədlərinin təqdimatı yığıncağında namizədlərin adlarını əlifba sırası ilə elan edib.
"AzPolitika.info" Türkiyə mediasına istinadla məlumat verir ki, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə başqanı vəzifəsinə namizədi, gözlənildiyi kimi, ölkənin keçmiş ətraf mühit və iqlim naziri, hazırda İstanbuldan millət vəkili olan Murat Kurum olub.
Qeyd edək ki, bir çox siyasi ekspertlər Murat Kurumun İstanbulun bələdiyyə sədri postu uğrunda mübarizədə İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbəri Əkrəm İmamoğluna qalib gəlmə ehtimalının yüksək olduğunu bildirirlər. Bunu da onun hələ nazir olarkən İstanbulda gördüyü işlər, şəhər əhalisi arasında nüfuzu ilə bağlayırlar.

AK Partiyanın 11 böyük şəhər üzrə namizədlərinin adlarını təqdim edirik:
İstanbul - Murat Kurum
Kocaeli - Tahir Büyükakın
Eskişehir - Millət vəkili Nəbi Hatipoğlu
Bursa - Hazırkı bələdiyyə sədri Alinur Aktaş
Dənizli - Hazırkı bələdiyyə sədri Osman Zolan
Balıkesir - Hazırkı bələdiyyə sədri Yücel Yılmaz
Aydın - Millət vəkili Mustafa Savaş
Samsun - Çarşamba Bələdiyyə Başçısı Halit Doğan
Ərzurum - Hazırkı bələdiyyə sədri Mehmet Sekmendir
Muğla - Prof. Dr. Aydın Ayaydın
Ordu - Mehmet Hilmi Gülər
Digər şəhərlər üzrə AK Partiyanın namizədləri bu şəxslər olacaq;
Artvin - Mehmet Kocatepe
Giresun - Hazırkı bələdiyyə sədri Aytekin Şenlikoğlu
Elazığ - Şahin Şerifoğulları
Ədirnə - Belgin İba
Düzce - Faruk Özlü
Bitlis - Nesrullah Tanglay
Bingöl - Erdal Arıkan
Çanaqqala - Keçmiş millət vəkili Jülide İskenderoğlu
Çankırı - Hüseyin Filiz
Kastamonu - Tahsin Babaş
Rizə - Rəhmi Mətin
Sinop - YakupThircyoglu
Tokat - Eyüp Eroğlu
Yalova - Mustafa Tutuk
Isparta - Hazırkı bələdiyyə sədri Şükrü Başdeğirmendir
Haliç Konqres Mərkəzində keçirilən toplantının videosunu təqdim edirik:
***
Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mart ayında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər üçün İstanbul Böyükşəhər Bələdiyyə başqanı vəzifəsinə namizədinin adı açıqlanacaq.

“AzPolitika.info” Türkiyə mediasına istinadla xəbər verir ki, AK Partiyanın başda İstanbul olmaq üzrə böyükşəhər bələdiyyələri üzrə namizədlərdlərinin 11-i bu gün Haliç Konqres Mərkəzində keçiriləcək proqramda təqdim ediləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın qatılacağı mərasim Türkiyə vaxtı ilə saat 14-də başlayacaq.
Proqramda qısametrajlı filmin nümayişindən sonra prezident Rəcəb Tayyib Ərdoğan çıxış edəcək və 11-i böyük şəhər bələdiyyəsi olmaqla 26 bələdiyyə başçılığına namizədin adları əlifba sırası ilə açıqlanacaq. Qalan 46 bələdiyyə sədrliyinə namizəd yanvarın 15-də Ankarada açıqlanacaq.
İlkin məlumatlara görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə başqanı vəzifəsinə namizədi ölkənin keçmiş ətraf mühit və iqlim naziri, hazırda İstanbuldan millət vəkili olan Murat Kurumun olacağı gözlənilir.

Bir çox siyasi ekspertlər Murat Kurumun İstanbulun bələdiyyə sədri postu uğrunda mübarizədə İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbəri Əkrəm İmamoğluna qalib gəlmə ehtimalının yüksək olduğunu bildirirlər. Bunu da onun hələ nazir olarkən İstanbulda gördüyü işlər, şəhər əhalisi arasında nüfuzu ilə bağlayırlar.
Murat Kurum bu gün yayımlanan açıqlamasında 16 milyon istanbullu üçün mübarizə aparacağını qeyd edib: “İstanbulun nizamsızlığını, insanların zəlzələ riski ilə bağlı qayğılarını birlikdə aradan qaldıracağıq”.
"AzPolitika.info"

Şərhlər