Menu

Fransa XİN başçısı Tehrana xəbərdarlıq edib

07.01.2024, 13:55
Fransa XİN başçısı Tehrana xəbərdarlıq edib

Fransa xarici işlər naziri Ketrin Kolonna ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, nazirlər regional məsələləri müzakirə ediblər.

K.Kolonna bildirib ki, regional münaqişə riski heç vaxt bu qədər yüksək olmayıb.

O, İranı sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırıb və deyib ki, eskalasiyanın kimsəyə faydası yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol