Menu

Zahid Oruc STM-dəki fəaliyyətini dayandırıb

07.01.2024, 14:02
Zahid Oruc STM-dəki fəaliyyətini dayandırıb

Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb.

Bu barədə STM-dən bildirilib.

Mərkəzi Seçki Komissiyasının 6 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar prezidenti seçkisində Zahid Məhərrəm oğlu Oruc namizəd kimi qeydə alınıb.

7 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, prezidenti seçkisində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc “Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.

Zahid Oruc Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb.

Şərhlər

Fazil 2024-01-07 20:23:51

Zahid Oruc nə araşdırdı ki,seçkidən sonra nə etsin.Onsuz da o seçkidən sonra boş işonə davam edəcək.

miri 2024-01-07 18:07:51

Məmləkətin vəziyyəti neçə olacaq bəs? Dahi strateji araşdlrmaları kim aparacaq? Seçkidən sonra bu mərkəzin adı və statusunun daha üstün olması haqqında fikirləşmək lazımdır.

Sabir 2024-01-07 14:51:50

Bəs STM-in sədrliyini indi kim icra edir? Yoxsa bu məlumat da yalandır?

Cahangir 2024-01-07 14:49:26

Bu namizədçiklərdə az da olsa özlərinə hörmət hissi olsa namizədliklərini geri götürərdilər...

Vətəndaş 2024-01-07 14:46:48

Ay adam! Zahiddən Prezident olar?Niyə seçki kimi mötəbər prosesi zarafat aləti edirsiniz?

Vətəndaş 2024-01-07 14:44:03

Bəs Zahid əkə 60 seçki dairəsindən 40000 imzanı haçan topladı?Axı 60 dairədə 5-6 gündə olmaq,,onun seçicilərini öyrənmək.hələ seçicilərini tanımaq,onların 650 nəfərinin imzasını .anket bilgilərini yazmaq,öz platformunu izajh etmək praktiki cəhətdən mümkün deyildir.Bunu hər ağlı başında olan adam bilir.Bəs bu adam bu anket bilgilərini və imzaları necə toplaya bildi.Bu vunderkinddirmi?....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol