Menu

Avropa İttifaqı öz vahid ordusunu yaratmalıdır - İtaliya XİN başçısı

07.01.2024, 17:03
Avropa İttifaqı öz vahid ordusunu yaratmalıdır - İtaliya XİN başçısı

Avropa İttifaqı sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz vahid ordusunu yaratmalıdır.

«AzPolitika.info» saytı xəbər verir ki, İtaliyanın Xarici İşlər naziri Antonio Tajani İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində bildirib.

Tajani qeyd edib ki, Avropanın müdafiə sahəsində daha sıx əməkdaşlığı onun Silvio Berluskoninin ölümündən sonra rəhbərlik etdiyi “Forza Italia” partiyası üçün prioritetdir.

“Əgər biz dünyada sülhməramlı olmaq istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu, effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün fundamental ilkin şərtdir”, — deyə nazir müsahibəsində bildirib.

İtaliya Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər böhranların yaşandığı dünyada İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşları yalnız Avropa İttifaqına aid ordu tərəfindən qoruna bilər.

Rüfət

«AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol