Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının icrasına ümumilikdə 93,6 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bu, Baş planda əksini tapıb.
Sənədə əsasən, bunun 60,5 milyard manatı dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək.


Şərhlər
Anlaşılmayan odur ki, illərdir Bakının Baş planı hazırlanır deyə- deyə gəldi çıxdı 2024-cü ilə. Keçmiş illər ərzində isə, ətrafında heç bir sosial infrastruktur tikililər nəzərə alınmadan, aparılan Plansız Uçotsuz imşaat Bakının tamamilə betonlaşmasına nədən oldu. Nəticədə, yüz ilə ərsəyə gələn yaşıllıqlar məhv edildi, əsas yollar və yol kənarı piyadalar üçün yollar da istila olundu və parklara kimi satıldı. Day içəri şəhərin aqibətindən də söhbət açmağa belə dəyməz. Hansı ki, 1993-cü ildən haray salındı ki, gəlin Bakı şəhərinə toxunmayaq, necə var elə də qalsın və tarixi bir memarlıq qoruğu olsun. Dəyməz təbiyyətdən uzaq bu qum səhrasında bu qədər yenidən qurmaya (hələ bu ərazidəki seysmoloji aktivlikdən yaranan təhlükəni də demirik). Baş kənd isə köçürülsün ölkənin mərkəzinə və yenidən salınsın. Bu təkliflərə məhəl qoyulmadı. Nəticədə Bakı sıxlıqdan dözülməz bir yaşayş mərkəzinə çevrildi. İndi isə Baş plana görə qeyd olunur ki, 2040-cı ilə kimi Bakı şəhərinin “Baş Planının” icra olunması üçün, 93,5 milyard manat vəsait nəzərdə tutulur. Hansı ki, bu qədər vəsaitlə kif pasmış rayonları inkişaf etdirib və bunula da paralel nə qədər sənaye və kənd təsərrüfatı müəssisələri inşa edib, ölkəni idxaldan və işsizlikdən xilas etmək və ən əsası da əhalinin mərkəzdən rayonlara dönüşünü saxlamaq olardı. Yenə də son söz hökümətindir. Bizlərə isə xeyirli uğurlu olsun demək düşür.