Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.
Sumqayıt şəhər Narkoloji Dispanserdən “Report”un yerli bürosuna bildirilib ki, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 6 452 nəfərdir.
Qeyd olunub ki, narkotik istifadəçilərinin sayı isə 3 517 nəfər təşkil edir. Onlardan 114 nəfəri qadındır.
Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 942 nəfərdir. Onların 22-i zərif cinsin nümayəndəsidir.
Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-40 yaş arasındadır.


Şərhlər