Menu

"Rusiya xaricdə yaşayan rusların seçkidə səs verməsini qadağan edə bilər" - KİV

09.01.2024, 16:22
"Rusiya xaricdə yaşayan rusların seçkidə səs verməsini qadağan edə bilər" - KİV

Bəzi xarici ölkələrdə yaşayan Rusiya vətəndaşlarının prezident seçkisində səs verməsi qadağan edilə bilər.

"AzPolitika.info" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, söhbət Rusiyaya “dost olmayan” bir sıra dövlətlərdən gedir. Qeyd olunur ki, həmin ölkələrdə prezident seçkisi zamanı səsvermə məntəqələri təşkil olunmayacaq.

Həmçinin hələlik yekun qərarın qəbul edilmədiyi, məsləhətləşmələrin davam etdiyi bildirilir. Bu məsələ ilə bağlı yekun qərar yanvarda verilməlidir.

Əlavə edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin martına təyin edilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol