Menu

"Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səylər dəstəklənəcək" - ABŞ-nin Ermənistandakı səfirliyi

09.01.2024, 16:49
"Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səylər dəstəklənəcək" - ABŞ-nin Ermənistandakı səfirliyi

ABŞ Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin feysbuk səhifəsində yazılıb.

Qeyd olunub ki, ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfəri zamanı Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşüb: “O, Ermənistan – ABŞ əməkdaşlığının genişləndirilməsini və regional sülh və sabitliyi müzakirə edib”.

Xatırladaq ki, L,Bono yanvarın 8-dən etibarən İrəvanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol