Menu

“Regionda sülh və sabitlik istəyirik” – “Taliban” rəsmisi

09.01.2024, 16:50
“Regionda sülh və sabitlik istəyirik” – “Taliban” rəsmisi

Əfqanıstanın Baş naziri Mulla Hasan Axund Camiat Ulema-i-Islam Fazl (JUI-F) rəhbəri Mövlana Fəzlur Rəhman ilə görüşdə deyib ki, Kabil Pakistana və ya başqa bir ölkəyə zərər vermək niyyətində deyil.

Bu, Mövlana Fəzlur Rəhmanın 2021-ci ildə "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra qonşu ölkəyə ilk səfəridir.

Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid verdiyi açıqlamada deyib ki, İslam Əmirliyi heç kimin heç bir ölkə üçün təhlükə yaratmasına icazə verməyəcək: "Regionda sülh və sabitlik istəyirik və heç kimə Əfqanıstan torpaqlarından başqalarına qarşı istifadə etməyə imkan verməyəcəyik".

Əfqanıstanın Baş naziri İslamabad və Kabil arasında problemlərin həlli və anlaşılmazlıqların aradan qaldırılması üçün din alimlərinin rolunu çox vacib hesab edib.

"Taliban" lideri həmçinin Pakistan hakimiyyətinin əfqan qaçqınlarına qarşı qəddar siyasətini dayandırmağa çağırıb: “Belə davranış problemləri həll etmir, əksinə inamsızlığa gətirib çıxarır".

JUI-F rəhbəri Əfqanıstandakı İslam sisteminin daha da güclənəcəyinə və bunun İslam dünyasına müsbət təsir edəcəyinə ümid etdiyini bildirib: “Mənim səfərimin məqsədi iki ölkə arasında anlaşılmazlığı aradan qaldırmaqdır. Biz bir-birimizlə əməkdaşlıq etməliyik və hər iki ölkə ümumi cəhətlərdən istifadə etməlidir”.

Daha sonra hər iki tərəf Əfqanıstan və Pakistanda davam edən problemlərin həlli üçün birgə səylər göstərməyə çağırıb.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol