Müsavat Partiyasının başqanı Arif Hacılı istefa açıqlaması yayıb.

"AzPolitika.info" xəbər verir ki, açıqlamada deyilir: "Təsisçilərindən biri olduğum "Elçibəy İnstitutu" adlı qurumdan istefa verirəm. Səbəb "Elçibəy İnstitutu"nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etmələridir".

Qeyd edək ki, "Elçibəy İnstititu"nun təsisçiləri ölkəda tanınmış siyasilərdir: İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli, Arif Hacılı, Arzu Səmədbəyli, Oktay Qasımov, Qiyas Sadıqov.

Arif Hacılının açıqlamasından kimi ittiham etdiyini məlum olmur. 

Maraqlıdır ki, Arif Hacılı "Elçibəy İnstitutu"ndan istefa versə də, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər qurumda təsisçiliyini davam etdirir.

"AzPolitika.info"