Menu

DSMF-nin gəlirləri 16,6 % artıb

10.01.2024, 11:30
DSMF-nin gəlirləri 16,6 % artıb

Ötən il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6667,2 mln manat olub. Bu da əvvəlki illə müqayisədə 16,6 % çox olub.

"Report" xəbər verir ki, bunu DSMF sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib.

O bildirib ki, DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 mln. manat artaraq 5 mlrd. 197 mln. manata çatıb.

H.Məmişov vurğulayıb ki, Fondun xərcləri isə ötən il 16 faiz və ya 829 mln. manat çox olmaqla 6 mlrd. 81 mln. manata çatıb. Xərclərin 5 mlrd. 888 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz və ya 805 mln. manat çoxdur.

Şərhlər

DSMF-na 2024-01-10 12:07:30

DSMF-nin zavodu,Kombinatı.fabrikası var?Bir qayda olaraq dövlət büdcədən insanların sosial müdafiəsi üçün vəsait ayırır.DSMF isə bu vəsaitləri nəzərdə tutulan təbəqəyə vaxtında çatdırılması ilə məşğul olan idarədir.Vəsait isə hesablama və təyinat üzrə büdcədən ödənilir.
Burada qənaət haradan yarana bilər?Əgər vəsait sahiblərinə çatdırılmadan fondda yığılıb qalırsa bunun səbəbi araşdırılmalı,artıq qalan məbləğ geri qaytarılır.Bu fondda qənaət olması yalnız haqsızlıq və qanuna məhəl qoymadıqda baş verə bilər ki, bu da qənaət adlana bilməz.

Mühasib 2024-01-10 11:56:31

Bu necə ola bilir? Deməli insanlara sosial yardımdan imrinalar edilib ki,fonda ayrılan vəsaitlər xalqa verulmə əvəzinə qənaət kimi ifadə olunur.Bəs buna möhtərəm Prezident necə münasinət bildirir.Başqa cür DSMF haradan və necə qənaət edə bilər? Bu bir başa əhaliyə çatdırılmalı olan vəsaitin gizləilməsidir ki, bu qanun pozuntusu kimi qiymətləndirilməli və ölçü götürülməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol