Azərbaycana bu il pensiya məbləğində 10,8 % indeksləşmə gözlənilir.
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində bildirib.
"Dövlət Statistika Komitəsi fevralın əvvəli üçün lazımi məlumatı Fonda təqdim etməlidir. Qərar qəbul ediləcəyi təqdirdə gələn ay 2 aylıq məbləğ pensiyanın üzərinə əlavə olunaraq vətəndaşlara ödəniləcək", - deyə o qeyd edib.


Şərhlər
Pensiyalar Statistika idarsinin yalan .uydurma rəqəmlərinə görə yox,həqiqətdə il ərzində ərzaq.xidmət,kommunal ,səhiyyə qiymətlərinin 50-70 faiz bahalaşması nəzərə alınaraq indeksləşdirilməlidir.
40-45 faiz.bəzən 150 faiz bahalaşma qarşısında 10.8 faiz artın-mım nə demək olduğunu düşünən yetkili varm?