Menu

Çin avtomobil bazarında liderliyi ələ keçirdi - Rusiyaya ixrac 5 dəfə artıb

10.01.2024, 12:26
Çin avtomobil bazarında liderliyi ələ keçirdi - Rusiyaya ixrac 5 dəfə artıb

Çin avtomobil ixracında dünyada birinci yeri tutur. Rusiyada ənənəvi benzinlə işləyən avtomobillərə tələbat Çin avtomobillərinin satışını rekord həddə çatdırıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “ The Wall Street Journal” qəzeti yazır. İxrac həcminə görə Çin Yaponiyanı ötərək birinci yeri əlində saxlayır. Nəşr bunu “qlobal avtomobil sənayesində tektonik dəyişiklik” adlandırır.

Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına görə, 2023-cü ildə Çin avtomobil istehsalçıları Rusiyaya bir il əvvəlki 160 min ədəddən ən azı beş dəfə çox avtomobil satıblar. Qeyd edilir ki, vəziyyətə Rusiya ordusunun Ukraynaya hücumuna başlayandan sonra Qərb şirkətlərinin bu ölkəni tərk etməsi təsir edib.

Çin Assosiasiyasının hesablamalarına görə, keçən il xaricə 5,26 milyon avtomobil satılıb ki, bu da Yaponiya istehsalı olan avtomobillərin ixracından təxminən bir milyon ədəd çoxdur.

Tokionun son rəsmi məlumatlarına görə, Yaponiya 2023-cü ilin 11 ayı ərzində xaricə 4 milyona yaxın avtomobil göndərib.

Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə yeni il təbrikləri mübadiləsi edən Çin Dövlət Başçısı Si Cinpin 2023-cü ildə iki ölkə arasında münasibətlərin təməlinin möhkəmlənəcəyini açıqladı.

Moskva və Pekinin yaxınlaşması Qərb liderlərində narahatlıq yaradır. ABŞ kəşfiyyatı Çinin Rusiyaya Qərbin sanksiyalarından yan keçməsinə kömək etdiyini və Moskvanı Ukraynadakı müharibə üçün hərbi və ikili məqsədli texnologiya ilə təmin edə biləcəyini göstərib.

Çin isə dəfələrlə ölkənin neytral olduğunu və münaqişə zonalarına silah satmadığını bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol