Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün 17 500-dən artıq müşahidəçi akkreditasiyadan keçib.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təqribən 6 300 seçki məntəqəsi olacaq və hər birinə 3 müşahidəçi düşəcək: “Müşahidəçi nə qədər çox olsa, o qədər yaxşıdır”.


Şərhlər
Mənasız və nəticəsi bəlli olan seçki üçün bu qədər müşahidəçinin olmasına ehtiyac varmı?Axı bunu Azərbaycanda bilməyən yoxdur.Niyə millətin vəsaiti avara işlərə sərf edilir.Kİmi sorsanız deyəcək ki,bu seçki yox,farsdır.Bunu "namizədlər" özləri də bilir ki.onların iştirakı pokazuxadır.
Müşahidəçylər çox olarsa çox pul silmək olar.Bəs bu müşahidəçilər nəticəsi bu gün artıq bəlli olan nəticənin nəyini müşahidə edəcəklər?Buna Məzahir bəyin cavabı nədir?axı 6 namizədinin heç biri imza toplamayıb və səs də qazana bilmələrinin mümkünsüzlüyünü Siz də bilirsiniz. Bəs bu oyunbazlıq ayıb deyil?