Menu

“Cenub.az” saytı fəaliyyətini dayandırdı – “İşçi saxlaya bilmirəm...”

11.01.2024, 13:27
“Cenub.az” saytı fəaliyyətini dayandırdı – “İşçi saxlaya bilmirəm...”

10 ildən artıqdır, Cənub bölgəsinin ictimai-siyasi həyatını işıqlandıran müstəqil “cenub.az” saytı bağlanıb.

“AzPolitika.info” xəbər verir ki, onun yaradıcısı Zahir Əmənov saytın fəaliyyətini dayandırması sırf maliyyə məsələsi ilə bağlı olduğunu deyib: "Sayt "Cənub xəbərləri" qəzetinin davamı idi. Qəzetin nəşri dayandı, əvəzində sayt fəaliyyətə başladı. Elə gün olub 40 mindən çox izləyicisi olub. Sayt komanda işidir. Yazı işləyib vermək öz yerində, həm də bu yazı sosial şəbəkələrdə paylaşılmalıdır. Bu işə nəvələrimi qoşurdum. İşçi saxlaya bilmirəm. Xərc isə illik hesablanır. Heç olmasa, ayda 1000 manat olmalıdır ki, saytı işlədə biləsən. Mən isə 460 manat pensiya alıram. Bunun yarısını sayta xərcləyirdim".

Z.Əmənov vurğulayır ki, son illər işinə müdaxilə olmayıb: "Son vaxtlar işimə müdaxilə edən olmayıb. Yeni icra hakimiyyəti başçısı gəlib. Tədbirlərə dəvət olunurdum. Söhbət ondan gedir ki, rayonda sayt işlətmək üçün normal zəmin yoxdur. İctimai təşkilatların çoxu formaldır. Partiyaların rayon təşkilatları formaldır, onlardan informasiya gəlmir. Rayon icra hakimiyyətlərinin saytlarında ayda bir-iki məlumat qoyurlar. Yeni il ilə bağlı tədbirlər oldu, saytların heç biri vermədi".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol