Menu

Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

12.01.2024, 00:36
Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, xəsarət alanlar - 1973-cü il təvəllüdlü Ş.Məmmədov və 1994-cü il təvəllüdlü E.Şəmiyev xəstəxanaya çatdırılıblar.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol