XTQ KOMANDANI YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU – Prezident Hikmət Mirzəyevlə bağlı sərəncam imzaladı + VİDEO (Yenilənib)

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, H.Mirzəyev eyni zamanda, Quru Qoşunların komandanı vəzifəsini tutacaq.

***

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

APA xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq pravda.az saytı yayıb.

Onu da qeyd edək ki, Hikmət Mirzəyevin xüsusilə də Vətən müharibəsində əməyi böyükdür. Şuşa əməliyyatında Hikmət Mirzəyevin komandanlığı ilə xüsusi təyinatlı qüvvələrimiz böyük qəhrəmanlıq göstərib, qürur yerimiz olan Şuşanı kiçik çaplı silahlarla, bəzi yerlərdə düşmənlə əlbəyaxa döyüşməklə geri alıblar.

H.Mirzəyevin hər bir rütbəsində dövlətə dərin xidmət var. O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindəndir.

H.Mirzəyev Cəbrayıl rayonunun, Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir.

Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz Ordumuzun görən gözü, vuran qolu, düşünən beyni hesab olunur.

H.Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.

Döyüşdə H.Mirzəyevlə üz-üz gəlmək intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir.


Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi isə xüsusilə qeyd edilməlidir.

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. O, Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub.

H.Mirzəyev Ümummilli Lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib.

O, 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif edib.

2016-cı ilin aprelində və 2020-ci ildə Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir.

8 noyabrda Xankəndidə keçirilən parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edib.

Hikmət Mirzəyev "Vətənə xidmətə görə", "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", 3 dəfə "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunub.

Hikmət Mirzəyevin Şuşa əməliyyatı ilə bağlı fikirlərinə qulaq asdıqda çox mətləblərə aydınlıq gəlir.

Şuşa haqqında danışan Hikmət Mirzəyev həmin qürurlu günləri belə xatırlayır: “Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanım içimdə öz cavabını tapmışdı. O vaxta kimi daim əziyyət çəkirdim. Orada bunu hiss etdim”.

635x100

Şərhlər

Eldeniz 2024-01-15 08:54:10

Hikmet Pasa , cox yasa ! Allah sizi qorusun cenab General ...

Mubariz 2024-01-13 09:49:52

Axırki doğru -düzgün kadr təyinatını gördük ,halaldı Sizə bütün vəzifələr ,Cənab General

Veteran 2024-01-13 00:04:01

Eşq Olsun ! Alqışlayırıq.

Moshu 2024-01-12 23:10:40

Bu təyinat həqiqətən də Ali Baş Komandanın deyərdim ki, ən UĞURLU və ƏDALƏTLİ sərəncamlarından biridir. Xatirlamiram ki, Hikmət Mirzəyevin adı hansısa qalmaqalda hallansın. Hikmət Mirzəyevə gələcək işlərində birinci, möhkəm can sağlığı, VƏTƏNƏ XİDMƏTİNDƏ ona UĞURLAR arzulayıram. Hər halda cənab Prezident qərarında və seçimində sərbəstdir, bu onun müstəsna səlahiyyətidir. Bu gün Azərbaycan cəmiyyəti Aygün Bəylərə layiq olduğu adın verilməməsində hakimiyyəti qınayır. Mən də o fikirdəyəm. Hələ də gec deyil. Layiq olan olmalı olduğu yerə layiq görülməyəndə tərəzinin gözü pozulur. Nəyi qeyd etmək istərdim. Cənab Prezident Hikmət Mirzəyevi müdafiə naziri postuna təyin etsə, bu onun nüfuzunu yüksəkliklərə qaldırar. Ümumiyyətlə, seçkidən sonra Prezident ölkə daxilində anti-terror əməliyyatına başlasa, bu onun növbəti qələbəsi olardı.

Xeyyam qebele 2024-01-12 21:29:37

Biz sizin kimi vetenperver ogullarla fexr edirik

Amin 2024-01-12 20:39:56

Allah her zaman komeyimiz Olsun,bele insanlari bize cox gormesin

s.Əhmədov 2024-01-12 14:43:15

Uğurlar olsun cənab general.

Son yazılar