Avropadan Böyük Britaniyaya üz tutan miqrantlar gəldikləri gündən etibarən, 6 ay müddətində iş ala və 4 il sonra Britaniya hökumətinin sosial proqramlarından faydalana biləcəklər.
Əks halda, onların Britaniyada qalmaq hüquqları olmayacaq. Bu açıqlamanı İngiltərənin baş naziri Devid Kemeron noyabrın 28-dəki çıxışında verib. Məlumatı “Associated Press” agentliyi yayıb.
Qeyd edək ki, 2008-ci ilin iqtisadi böhranından sonra hökumət əksər xərcləri optimallaşdırmağa çalışıb və immiqrasiya da bu növ xərclər sırasına daxil edilib.
Bundan əlavə, Britaniyanın mərkəz-sağçı Müstəqillik Partiyası Aİ-ni tərk etmək və immiqrasiya prosedurlarını sərtləşdirmək yönündə verdiyi təkliflərdə müvəffəq olmağı bacarıb.
Kemeron da öz növbəsində Aİ-nin nəzarətinin ölkə üzərində olmasına baxmayaraq, immiqrant sayında hər hansı artımın qarşısını alacağına söz verib.
“Britaniya hökuməti azadlığın və azad hərəkatın dəstəkçisidir, lakin bu, “ağlasığmaz hüquqlarla” razılaşacağı anlamına gəlmir”, - baş nazir əlavə edib.
Kemeron Britaniyanın Aİ-də qalması ilə bağlı 2017-ci referendumundan daha öncə sözügedən məsələnin həll yolunu tapmağa çalışacağını bildirib.
Aİ Komissiyası sözçüsü Marqaritis Şinas “Kemeronun ideyalarını “dramasız” təqdim etsə, daha məqsədə uyğun olar”, - deyə qeyd edib.
Artıq bir çox Aİ ölkələri immiqrantların ölkə ərazisində işləmədən sosial proqramlardan faydalanması ehtimalını kifayət qədər azaldıb.
Şinas “Ölkə hüquqşünasları bu kimi hadisələrlə rastlaşdıqda əsaslı sübutlarla, qanuna əsaslanaraq məsələni həll edə bilərlər, Aİ buna qarşı deyil”, - deyə əlavə edib.
Şinasın çıxışı ilə əlaqəli Britaniya Müstəqillik Partiyası rəhbəri Nifel Faraaj “Bu, qorxaq siyasətçinin çıxışı idi”, - deyə açıqlama verib. /eunews.az


Şərhlər