Menu

Bayden husiləri terrorçu adlandırıb

13.01.2024, 08:54
Bayden husiləri terrorçu adlandırıb

ABŞ Prezidenti Cozef Bayden deyib ki, Yəməndəki husi qüvvələri Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmasalar, Birləşmiş Ştatlar onlara zərbələr endirməyə davam edəcək.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

"Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik", - ABŞ rəhbəri deyib. Bayden jurnalistlərlə danışarkən husiləri “terrorçu qrup” adlandırıb.

ABŞ Prezidenti həmçinin deyib ki, o, Yəmən üsyançılarına dəstək verən İrana müəyyən mesaj göndərib: “Mən artıq İrana mesaj vermişəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol