Menu

Bayden Yəmənin bombalanmasına şəxsən rəhbərlik edir

13.01.2024, 14:07
Bayden Yəmənin bombalanmasına şəxsən rəhbərlik edir

ABŞ Prezidenti Co Bayden Yəməndə husilərin hədəflərinə hücumların beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olduğunu iddia edib.

"AzPolitika.info" Qərb mediasına istinadla xəbər verir ki, bu barədə o, Konqresin hər iki palatasının rəhbərlərinə göndərdiyi məktubda yazıb. Məktub Ağ Evin saytında dərc olunub.

O, işğalçı hücumlara bəraət qazandırmaq üçün iddia edib ki, husilərin hərəkətləri ABŞ silahlı qüvvələrinin, ticarət gəmilərinin və onların ekipajlarının təhlükəsizliyinə təhdid yaradır, həmçinin regional siyasi və iqtisadi qeyri-sabitliyə mənfi təsir göstərir.

"Mən zərbələrə şəxsi heyətimizi və aktivlərimizi qorumaq, husi yaraqlılarının ABŞ-a və Qırmızı dəniz bölgəsində fəaliyyət göstərən gəmiçiliyə qarşı gələcək hücumlar etmək imkanlarını azaltmaq və pozmaq üçün rəhbərlik etdim", - Prezident deyib.

Bayden iddia edib ki, Birləşmiş Ştatlar husilərin gələcək təhdid və hücumlarına qarşı əlavə tədbirlər görməyə hazırdır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol