Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı yaydığı məlumata görə, yanvarın 13-də səhər saatlarında Rusiya növbəti kütləvi raket hücumunu həyata keçirib. Ukraynaya növbəti hücumda qanadlı, ballistik və aviasiya raketlərindən, zenit-idarə olunan raketlərdən və hücum pilotsuz təyyarələrindən istifadə edilib.
Qeyd olunur ki, 7 qanadlı raket və bir təyyarə raketi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Məlumata görə, Ukrayna ərazisinə atılan daha 20-dən çox raket və pilotsuz təyyarə elektron müharibə vasitələri ilə zərərsizləşdirildiyinə görə hədəflərinə çatmayıb.
"AzPolitika.info"

Şərhlər