TÜRK BAZASINA TERROR HÜCUMUNUN ARXASINDA BU ÖLKƏLƏR DAYANIR - General açıqladı

“Dünən İraqın şimalında “Pəncə-Kilid” hərəkatı bölgəsində ölkəmizin hərbi bazasına terrorçuların hücumu nəticəsində 9 şəhidimiz var. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.

Bu sözləri "axar.az"-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Türkiyənin heç vaxt terrorçular və onu dəstəkləyənlərin qarşısından geri çəkilməyəcəyini vurğulayıb: “Türkiyənin terrorla mübarizəsi 1984-cü ildən bəri fasiləsiz şəkildə davam edir. Terrorçuların son hücumu ilk deyil, yenə də olacaq. Anadoluda min ildir ki, bu mübarizəmiz davam edir və terrorçuların, onları dəstəkləyənlərin hücumları bizi yolumuzdan çəkindirə bilməz. Biz mehmetciyin şəhid olmasına, qazi olmasına üzülürük. Hücumun arxasında Yaxın Şərqi yenidən dizayn etmək və toqquşmanı, müharibəni bütün bölgəyə yaymaq istəyən başda ABŞ və Fransa olmaqla, imperialist güclər dayanır. Çünki PKK, PYD terror təşkilatlarını quran, onu silah-sursatla təmin edən, təlim keçən, kəşfiyyat məlumatları verən ABŞ-dır. Türkiyə boyun əymədikcə, dik durduqca, özünün və dostlarının hüquqlarını müdafiə etdikcə ABŞ da bunun əvəzini bu yollarla çıxmağa çalışır. Çünki son 10 ildə ABŞ-ın Qarabağdan Liviyaya və Ukraynaya qədər olan böyük bir ərazidəki öz hegemonluğuna hesablanmış olduğu planlarda qırılmalar meydana gəlib. Türkiyəni günahkar gördükləri üçün bəzən iqtisadi, bəzən də hərbi sahədə ölkəmizə qarşı düşmən addımlar atırlar. Ancaq belə hücumlar bizim əzmimizi sındıra bilməz. Daha qüvvətli şəkildə son terrorçu məhv edilənədək mübarizəyə davam edəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar