Menu

"Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib" - Türkiyə Milli Müdafiə Nazirliyi

13.01.2024, 22:41
"Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib" - Türkiyə Milli Müdafiə Nazirliyi

İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödəməyə davam edirik. Əməliyyatlarımız qətiyyətlə davam edir", - açıqlamada deyilir.

Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol