Paytaxtda hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
"Avtomobillərin və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən tədbirlər görülməsi üçün çevik məlumatlandırma təmin edilir", - məlumatda deyilir.




Şərhlər
Əzizov yuxudadır.Onu oyatmağın mənası yoxdur.Axı ona bu lazımdır?Ləzgi nədir,güzgü nədir.Axı o özünə,əməllərinə doqqət etmək üçün təyin edulməyib ki! abutalıbovun əməllərini davam etdirir.